Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov özünə sualtı gəmi sifariş edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dəyəri 2,5 milyon dollar olan gəmi ABŞ-dan gətiriləcək. Özü və ailəsi üçün heç bir xərcdən qaçmayan dünyanın ən varlı insanlarından olan M.Mənsimov göydə və dəniz üstündəki dəbdəbə sevgisini indi də suyun dibində yaşamaq qərarına gəlib.
Yayı Bodrumdakı “Palmarina”da keçirən iş adamının orada böyük yaxtası və təyyarəsi var. 15 gün ərzində Bodruma gətiriləcək sualtı gəmi xüsusi olaraq hazırlanıb: içərisində kiçik bar, hamam, lüks otaqlar var. Ətrafı isə gülləkeçirməz şüşələrlə əhatə olunub.
Bir müddət əvvəl isə M.Mənsimovun qızları Nüşabə və Begimə, oğlu Mübarizə istirahətdə rahat gəzmələrinə görə kiçik motorlu “Ferrari” və “BMW” markalı avtomobillər aldığı bildirilmişdi.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.