img1624823

“Buzlu su ilə dəstək” kampaniyası Şotlandiyada faciə ilə nəticələnib

Dünyada, o cümlədən də sosial şəbəkələrdə geniş yayılan “Buzlu su ilə dəstək” kampaniyası Şotlandiyada faciə ilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, ALS xəstəliyinə diqqəti cəlb etmək və onlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulan 18 yaşlı gənc başına buzlu su tökdükdən sonra ölüb.
Gənc aksiyanı Berntaylend şəhəri yaxınlıqdakı hündür və təhlükəli yerdə keçirmək istəyib. Hadisə şahidləri bildiriblər ki, gəncin başına buzlu su töküləndən sonra o, özünü 24 metr hündürlükdən çaya atıb. Bundan sonra gənc suda boğulub.
Onun başına buzlu su tökdüyünə görə öldüyü barədə tutarlı səbəblər olmasa da, ehtimal olunur ki, aksiyadan sonra gəncin səhhətində problemlər yaranıb. Bu səbəbdən o, çayda üzə bilməyib və boğulub.
Bu hadisə videokamera vasitəsilə çəkilib. Gənc şotlandiyalının yaxınları bu görüntülərin yayılmasını istəməsələr də, video sosial şəbəkələrdə yayılıb.