naile_mirmemmedli_00

Ötən gün ANS telekanalında yayımlanan “Evdəyik” verilişinin qonağı bəstəkar Nailə Mirməmmədli olub
Gecce.az xəbər verir ki, bəstəkar həyat yoldaşı və oğlunun ölümü ilə bağlı açıqlaması ilə hərkəsi şoka salıb.

“Mən, ümumiyyətlə, yuxuda nə görmüşəmsə, həmişə o, başıma gəlib. Axşam görürdüm yuxunu, səhərdə o iş olurdu. Ümumiyyətlə, mən valideynlərimə bağlı biri olmuşam. Atam rəhmətə gedəndən sonra yuxumda gördüm ki, atam üstünə divan örtüyünü çəkib. Qardaşım da mənə deyir ki, atamdan mənə pul istə, o, mənə verməyəcək, mənə “6 şirvan” pul lazımdı. Qardaşım bilirdi ki, atam mənə görə ona o pulu verəcək. Mən də atamla yuxumda söhbət edərək deyirəm ki, ata, Fərhad pul istəyir.

O da mənə “100 dollar” pul verir ki, bunu ver ona xırdalasın, qalanını sənə qaytarsın. Elə o yuxunun səhəri günü oğlum rəhmətə getdi. Hikmət 100 dolları qardaşıma verdi, o da övladıma “6 şirvana” ölüm kağızı çıxartdı. Yuxumda atamın üzərində olan örtük də oğlumun üzərinə örtülmüşdü. Ondan sonra həyat yoldaşım mənə deyirdi ki, sən daha yuxular görmə. Görəndə isə yuxularını suya danış”.

“Hikmətin ölümündən bir gün əvvəl mənim qayınanamdan mənə qalma bir gül üzüyüm var idi, onun qaşları tökülməyə başladı. Nə qədər yapışdırmaq istəsəm də, üzüyün qaşları yenə tökülürdü, qalmırdı yerində. O hadisənin səhərisi günü həyat yoldaşım Hikməti itirdik. Bunlar çox çətindir, yuxumun qarşısını ala bilmirəm, çatmıram”.