Türkiyədə yayımlanan “Muhteşem yüz yıl” serialının Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ərgənç son müsahibəsi zamanı maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, Halit həyat yoldaşı olan aktrisa Bərgüzar Korel ilə münasibətlərindən danışan sənətçi zarafatyana həm də maraqlı cavabları ilə yadda qalıb. O jurnalistin “Həyat yoldaşım filmlərdə heç kimlə öpüşə bilməz, sevişməməlidir kimi qadağaların varmı?” sualını belə cavablandırıb:
“Bunu ona necə deyə bilərəm? Belə bir şey mümkündür? İkimiz də aktyoruq və sənətimizi çox sevirik. Əlbəttə ki, rolumuz tələb edərsə, bunu etməliyik. Mən də senaridə yazıldığı üçün çoxlu qadınlarla öpüşmüşəm. Xanımıma “Öpüşməyəcəksən!” necə deyə bilərəm? Onda gərək peşəmizə olan baxış bucağımızı dəyişək”.
Halit bundan əlavə olaraq hər zaman xanımının arxasında dayandığını qeyd edib: “Kim nə deyirsə, desin, vecimə deyil. Mən həmişə Bərgüzarın yanındayam”.