71030

Fransa Liqasında baş tutan “PSJ”- “Bastiya” matçından sonra qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, oyun bitdikdən sonra soyunma otağına yollanan “PSJ”li futbolçu Tiaqo Motta gözləmədiyi anda hücuma məruz qalıb. Belə ki, rəqib komandanın futbolçusu Brandao qəflətən dəhlizlə irəliləyən Mottaya tərəf irəliləyib və ona kəllə atıb.

Nə baş verdiyini anlamayan Motta bir anlıq dayanıb. Brandaonun kəllə atdıqdan sonra qaçması oyunçunu qəzəbləndirib. Mottada onun arxasınca soyunma otağına qaçıb. Brandaonun arxasınca qaçanfutbolçuya komanda yoldaşları mane olmağa çalışıb.

Qeyd edək ki, həmin matçda “PSJ” klubu “Bastiya”nı 2:0 hesabı ilə məğlub edib. Oyun çox gərgin vəziyyətdə keçib.

Загрузка...