Suriyanın Rakka şəhərində xəlifəlik elan edən İŞİD terror qruplaşmasının həyata keçirdiyi qətliamda 700 nəfər həyatını itirib.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İŞİD tərəfindən ötən iki həftə ərzində Suriyanın şərqində əl-Şeytaat adlı ərəb sülaləsindən 700 nəfəri qətlə yetirib. Uşaqların başlarının kəsilərək öldürüldüyü bildirilir.
Qeyd edək ki, İŞİD-lə əl-Şeytaat sülaləsi arasında qanlı döyüşlər davam edir.