Ötən gün “Beşiktaş” klubunun fəxri prezidenti Süleyman Sebanın vəfat etməsi idman ictimaiyyəti ilə yanaşı, mədəniyyət sahəsində xidmət edən şəxsləri də təsirləndirib.
ANS PRESS-in məlumatına görə, tənəfüs yollarındakı infeksiya səbəbilə, daha sonra isə bağırsağında əməliyyat keçirilən Süleyman Seba bir müddətdir İstanbulda müalicə olunurdu. 88 yaşında dünyasını dəyişən Sebanın vəfatı ictimaiyyətdə böyük kədər yaradıb.
Onun vəfatından sonra bir çox müğənni və aktyorlar sosial şəbəkədə və digər media vasitələrində başsağlıqlarını bildiriblər. Onlardan biri də uzun müddət xəstəliklə mübarizə aparan və xəstəxanada çətin günlər keçirən məşhur aktyor Nejat işlər olub. O, “Beşiktaş” klubunun formasını geyərək güzgü qarşısında şəkil çəkdirib. Daha sonra isə həmin şəkli sosial şəbəkədə paylaşaraq, “BJK (Beşiktaş) forması bu gün geyilməlidir” yazıb.
Qeyd edək ki, ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlərin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi.