69749

Bu gün Bakı metrosunda növbəti problem yaşanıb.

AzVision.az-ın məlumatına görə, milli.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, “Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarın “Koroğlu” stansiyasında qapıları bağlanmayıb. Beş dəqiqə qapıların bağlanmasına cəhd göstərilsə də, nəhayət sərnişinləri vaqonlardan düşürüblər və qatar depoya göndərilib.

Bakı Metropoliteninin mətbuat xidməti məlumatı təsdiqləyib. Qurumdan bildirilib ki, “Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən 3 saylı qatarın“Koroğlu” stansiyasında qapılar bağlanmayıb. Problem qatarın birinci vaqonunun 2-ci qapısında baş verib.

“Hadisə zamanı sərnişinlər qatardan düşürdülüb. Qatar depoya göndərilib. Əvəzində ehtiyat qatarı gətirilib. Həmin qatarın qrafikində təxminən dəqiqə yarım gecikmə olsa da, ümumi qrafikdə heç bir ləngimə qeydə alınmayıb”.