Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə görüşü təkcə siyasi gündəmlə deyil, həm də dövlət başçılarının qatıldığı idman sarayında baş verən kuryoz hadisələrlə diqqət çəkib.
Axar.az xəbər verir ki, belə bir məqamla Rusiya Prezidenti Vladimir Putin üzləşib.
Qaydasız döyüşlərin getdiyi meydanda idmançılardan biri rəqibini tataminin üzərindən kənara atıb və ona hücum çəkib. Döyüşçunun bir anlıq özünə gəlmədiyini görən Putin çevik şəkildə öz dəstəyini sərgiləyib, idmançının ayağa qalxmasına yardım edib. Putinin bu hərəkəti zaldakıların rəğbətinə səbəb olub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin özü peşəkar idmançıdır və cüdo üzrə idman ustası dərəcəsinə sahibdir.