Xəbər verdiyimiz kimi, “Eurovision 2010” təmsilçimiz Safurə Əliyeva ana olub.
Axşam.az-ın məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran ifaçı təəssüratlarını sosial şəbəkədə bölüşüb.
O, “Təbriklər üçün sağ olun. Çox xoşbəxtəm. Ana olmaq gözəl hissdir” sözlərini yazıb. Qeyd edək ki, hazırda Türkiyədə yaşayan Safurə övladını da orada dünyaya gətirib.