Загрузка...

10569028_834809153220257_6049794802489819910_n

Meksikada maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, tətilə çıxan cütlük selfi çəkərkən yaxınlıqlarına ildırım düşüb. Gəzintilərini bir foto ilə ölümsüləşdirmək istəyən gənclər ildırımın düşməsi ilə özlərini itiriblər.

Daha sonra çəkdikləri görüntünü sosial şəbəkəyə yerləşdirən cütlük bu video ilə hərkəsi heyrətləndiriblər.

Luis Morales Fukutake adlı oğlan görüntünün altında şərh yazaraq hadisə bərəsində danışıb:
“Gəzintiyə çıxmışdıq. Qasırğa xəbərdarlığı edildikdən sonra dənizdən çıxdıq. Bölgədən ayrılmadan son bir kadr çəkmək istədik. Təbiətdəki bu qeyri-adi anları bir selfi ilə ölümsüzləşdirmək istəyərkən birdən ildırım çaxdı. Bəxtimiz gətirdi ki, ildırım üzərimizə yox, arxamıza düşdü”.

Qeyd edək ki, bu görüntülər sosail şəbəkələrdə böyük marağa səbəb olub.