Argentinalı ulduz Lionel Messi son bir ildə ən çox vergi ödəyən futbolçu olsa da, ona qarşı ittiham irəli sürülüb. Belə ki, ildə 53 milyon avro vergi verən Messi vergi yayındırmaqda ittiham edilir. ANS PRESS-in məlumatına görə, prokurorluq Messi haqqında vergi qaçaqçılığı ilə açılan iddianın davam etdirilməsi barədə qərar verib. Bu qərarla “Barselona”nın ulduzu Messi təkrar olaraq şübhəli şəxs qismində ittiham olunacaq. Məhkəmə Messinin ödədiyi 5 milyon avroluq vergi cəzasının onun şübhəli kürsüsündə oturmasına maneə olmayacağı qənaətinə gəlib. Qeyd edək ki, yaxın günlərdə ulduz futbolçunun məhkəmə qarşısında çıxacağı tarix açıqlanacaq. Messi vergi yayındırmaqda və gəlir bəyannəməsində saxtakarlıq etməkdə günahlandırılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.