Aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.
Beynəlxalq Qüds Günü ilə əlaqədar bir qrup inanclı İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında aksiya keçirməyə cəhd göstərib.
SalamNews xəbər verir ki, aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.
Aksiyanın qarşısı polis tərəfindən alınıb. İştirakçılardan bir neçəsi Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.