Növbəti mərhələdə komandımızın rəqibi Avstriyanın “Zaltsburq” klubu olacaq.
Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” futbolçuları “Valletta”nı 4-0 hesabı ilə udaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, hesabı oyunun 15-ci dəqiqəsində Reynaldo açdı.
48-ci dəqiqədə Çumbinyo ikinci topu maltalıların qapısından keçirdi, 8 dəqiqə sonra isə Danilo Leandro Dias hesab arasındakı fərqi 3 topa çatdırdı.
Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Leroy George qoydu. “Qarabağ” 4:0 “Valetta”.
Beləliklə ilk oyunda da 1:0 hesabı ilə qələbə qazanan “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə adlayıb.
Qeyd edək ki, bu mərhələdə komandımızın rəqibi Avstriyanın “Zaltsburq” klubu olacaq.