Rəqqasə Oksana Rəsulova Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasının finalına vəsiqə qazanıb. Ailem.az-ın lent.az-a istinadən məlumatına görə, O.Rəsulova finala vəsiqə qazanan 12 nəfərdən biri olub: “Əziz dostlar, məni təbrik edə bilərsiniz. Şounu izləyənlər bilir ki, “İndias Best Cine Star Ki Khoj” yarışmasının finalına çıxdım. Burada sona qalan altı qız və altı oğlan bəlli oldu. Qızların arasındayam… Bundan sonra çox çətindir. Bizim aktyorluq bacarığımızı nümayiş etdirdiyimiz səhnəni izləmək üçün münsif kürsüsündə tanınmış rejissor Anuraq Basu əyləşmişdi. Məni çox bəyəndi. Hər kəsə dəstəyinə görə minnətdarlığımı bildirirəm”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.