Boykot sosial şəbəkələrdə və mətbuatda yayılandan sonra bir çox məşhurlar məsələ ilə bağlı fikirlərini bildiriblər. Etatist.com-un məlumatına görə, Gənc repçi “Kabus” da öz facebook səhifəsində məsələyə münasibət bildirərək, boykotu dəstəklədiyini yazıb:
“Artıq kafelər də insanların hüquqlarını pozmağa başlayıblar. MADO insanlar üçün nəzərdə tutulmuş yolu bağlayıb deyir ki, burda biz pul qazanmalıyıq, camaat zəhmət çəksin başqa tərəfdən getsin. Bunun bir adı var – dərəbəylik. Yolun bir hissəsini kafenin tərkibinə qatıb bağlamaq nə deməkdir? Deyilənə görə bu kafe dindarlarındır. Bir azdan yolları bağlayıb namaz da qılmağa başlayarlar.