“Hər sərraf atıcı snayper deyil, amma hər snayper sərraf atıcıdır”.
Snayperlər xüsusi adamlardır. Yaxşı və sərraf atıcı olmaq hələ snayper olmaq demək deyil. Bunun üçün dözüm, hazırlıq, səbir və həftələrlə gözləmə bacarığı lazımdır. Bütün bunlar, bir həyata bərabər, bir snayper atəşi üçün vacib şərtlərdir.
Snayperlər barədə “Düşmənlər qorxur, dostlar hörmət edir” deyirlər. Snayperlərin dəyəri yalnız düşmənə vurduğu zərərlə ölçülmür. Snayperin olma fikri düşmənlərə qorxu yaşadır, onların qərar və hərəkətlərinə təsir edir.
Snayper sənəti zamanla fövqəladə bir şey kimi görünür, hissiyyat və öncədən görmə qabiliyyəti isə mistika ilə sərhədlənir, amma snayperlər barədə əfsanələr, nə qədər inanılmaz olsa da real faktlara əsaslanır.
Əlbəttə, biz orduda xidmətdən danışanda ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk, amma unutmaq lazım deyil ki, bəzi ölkələrin ordularını qadınlar da təmsil edir.
Müasir dünyada qadın snayperlər elə də nadir anlayış deyil. Bu “emansipasiya” dəb deyil, bu deyəsən artıq ənənədir.
Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları bütün dünyaya məlum oldu.
Faşizm ilə müharibə zamanı ən məşhur qadın snayperlərdən biri Ludmila Pavliçenko olub. O, 309 alman əsgər və zabitini (o cümlədən 36 düşmən snayperini) məhv edib.
Bu qadın snayperlər arasında həmyerlimiz – ilk azərbaycanlı qadın snayper, taburun ən yaxşı snayperlərindən biri Ziba Qəniyeva da var. Onun tərəfindən 129 düşmən əsgəri məhv edilib.
Qeyd edək ki, sovet snayper sənəti məktəbi dünyada ən yaxşılardan biri idi. Müharibə illərində sovet snayperlərin dörd min yarım almanı məhv etdiklərini demək kifayətdir, nəzərə almaq lazımdır ki, bu, yalnız təsdiq edilmiş göstəricidir.
Bundan başqa hərbi tarixçilər qeyd edirlər ki, 1943-cü ildə sovet qoşunlarında 1000 snayper qadın var idi, onlar 12 min faşisti məhv ediblər.
Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur. Snayper insan ovçusudur. Bu, qəddarcasına səslənir, amma həqiqətdir.
Snayperin əsas keyfiyyətləri sərhədsiz səbir, gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya qadınlarda güclüdür, ona görə də qadınları snayperliyə götürürlər.
Hərbçi qadınlar, əsasən də qadın snayperlər psixofizioloji planda kişilərdən dayanıqlıdırlar, ona görə də ekstremal vəziyyətdə daha yaxşı işləyirlər. Səbir, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə onlar kişilərdən üstündürlər. Onlarda qadınlara məxsus yüksək özünümüdafiə instinktinə görə pusquda qalmaq yaxşı alınır. Heç kim üçün qadınların həddən artıq güclü müşahidə etmə bacarığı olduğu sirr deyil.
Qadınlar daha həssas, hərbi təcrübədə daha ehtiyatlı, yaralanan zaman daha dözümlüdürlər.
İntuitiv məntiqi xarakterli təfəkkür əməliyyat şəraitinin dəyişməsinə tez reaksiya verməyə imkan verir. Bu fərqlərin səbəbi məsuliyyətin bölünməsi, qadının uşaqlara baxması və səbirlə kişinin ovdan qayıtmasını gözləməsidir.
Bütün bu keyfiyyətlərin sayəsində qadınlar adətən yaxşı snayper olurlar.
Oxu.az