İştirakçı “Eurovision” qalibini göz yaşlarına boğdu.
Xəbər verdiyimiz kimi “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın münsif olduğu “X Faktor” yarışmasının Türkiyə versiyası efir vaxtına start verib.
Verilişdə münsif kürsüsündə Nigar Camalla yanaşı, türkiyəli müğənni-bəstəkar Sinan Akçıl, müğənni Atiyə, rejissor-fotoqraf Nihad Odabaşı da yer alıb.
İlk efir Nigar Camalın göz yaşları ilə yadda qalıb. Müğənni Halil Polat adlı iştirakçının çıxışından sonra göz yaşlarını tuta bilməyib.
Oxu.az