Transferin məbləği və oyunçunun maaşı açıqlanmır.
İspaniyanın “Barselona” futbol klubu “Liverpul”un və Uruqvay yığmasının hücumçusu Luis Suarezi heyətinə qatdığını təsdiqləyib.
Bu barədə “Barselona”nın rəsmi saytında yazılıb.
Gələn həftə 27 yaşlı hücumçunun tibbi yoxlanışdan keçəcəyi və yeni klubla beş illik müqavilə imzalayacağı qeyd olunur.
Transferin məbləği və Suarezin maaşı açıqlanmır.