Türkiyənin məşhur kafe brendlərindən olan MADO şəbəkəsinin bütün kafeləri Bakıda baykot edilib.
Etatist.com-un məlumatına görə, boykotun səbəbi adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan keçidi zəbt edərək yolu bağlamasıdır.
Bunun üçün facebook sosial şəbəkəsində “event” yaradan təşkilatçı Tural Qurbanlı Etatist.com-a bildirib ki, əsas tələbləri Nizami küçəsindəki vətəndaşlar üçün nəzərdə tutulan yolun açılmasıdır:
“Bu virtual etirazdır. Biz etiraz edən insanların sayını çoxaltmaqla restoran sahiblərini öz qanunsuz əməllərindən çəkinməyə çağırırıq. İnsanlar kafedə oturanları narahat etmək istəmədiklərindən və özləri də ordan keçərkən narahat olduqlarından onların hərkəti üçün tikilmiş keçidlə deyil,günəşin altı ilə hərəkət edirlər. Bunun məsuliyyətini MADO mağazası daşıyır.”
Jurnalist T. Qurbanlı insanlara çağırış edərək “Ordan keçənlər kafenin zəbt etdiyi keçiddən istifadə etsin. Vaxtı olanlar axşam saat 8-9 arası şəhərə gəlsin. Dostlarımızla kütləvi şəkildə keçiddə gəzişəcik. Onlar insanların haqqını pozmağa son qoyana qədər etirazlarımız davam edəcək”- deyə bildirib.