İnternet şəbəkələrində Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin yeni görüntüləri yayılıb.Modern.az saytı xəbər verir ki, ermənilərin kvadrokopterlər vasitəsilə çəkdiyi videoda ilk olaraq Xankəndi şəhərinin girişindəki “Nənə-Baba” abidəsi, daha sonra isə sovet dövründə ucaldılan Böyük Vətən Müharibəsi qurbanlarının xatirə kompleksi gözə dəyir. Videonun növbəti dəqiqələrində isə Bakıda kütləvi qırğınlar törədən Stepan Şaumyanın heykəli və Şuşa şəhərində 1868-1887-ci illərdə inşa olunmuş “Müqəddəs Məsih” erməni kilsəsinin görüntüləri var.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.