Məşhur “Playboy” jurnalının ulduzlarından biri müsəlmanlığı qəbul edib.
ANS PRESS-in məlumatına görə, Malayziya vətəndaşı olan çinli “Playboy” ulduzu Feliksia Yep müsəlman olduğunu açıqlayıb.
Yep bir müddətdir hicaba olan marağı ilə ətrafdakıların diqqətini çəkirmiş. Xüsusilə o, son zamanlarda sosial şəbəkədə müsəlman yönümlü paylaşımlar etməyə başlayıb.
28 yaşını qeyd etdiyi 3 iyul günü paylaşdığı statusda, ”Bu gün sadəcə mənim doğum günüm deyil, eyni zamanda yenidən doğulduğum gündür” – deyə İslamı qəbul etdiyini bildirib.
Yep müsəlman adı əvəzinə isə anasının ona verdiyi Çin Yi adını seçib. Yep həmçinin, Çin adının “dinclik” və “zəriflik” mənasını verdiyini qeyd edib.