ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun qızı, “Magura” moda evinin dizayneri Gülşən İbrahimovanın geyim kolleksiyası Dubayda nümayiş olunub.
Ailem.az-ın məlumatına görə, buro247.az saytı gənc modelyerin “Rainbow” kolleksiyasının detalları araşdırıb. Gülşən etiraf edir ki, bu kolleksiyada o, boyaların çılğınlığını və vəhdətini göstərmək istəyib. Podiumda bütün rənglərdə olan parlaq parçalar bir-birini əvəzləyib. Gecə geyimlərinin gözəl siluetləri sizin gözəlliyinizi və zərifliyinizi vurğulamaqla yanaşı, istənilən gecənin kraliçası edəcək.
Qeyd edək ki, kolleksiyada hər bir geyim əl işidir və Swarovski daşları ilə bəzədilir. Klassik stili sevənlər üçün kolleksiyada biçimi və maraqlı detalları olan lakonik uzun geyimlər də var.
http://s013.radikal.ru/i323/1407/03/db36bc1f7e23.jpg
http://s020.radikal.ru/i717/1407/fd/3329fd67cc29.jpg
http://i058.radikal.ru/1407/f2/6eaaaccde44a.jpg
http://i017.radikal.ru/1407/dc/a3f74c12d073.jpg
http://s020.radikal.ru/i708/1407/fe/b510582033c3.jpg
http://s52.radikal.ru/i137/1407/57/c82c41641e9b.jpg
http://s018.radikal.ru/i528/1407/3f/7b7e28b8bb11.jpg
http://s020.radikal.ru/i711/1407/8b/5644e614f14e.jpg
http://s004.radikal.ru/i206/1407/8d/49f6edbf567d.jpg
http://s43.radikal.ru/i099/1407/ad/4227b23c389a.jpg
http://s020.radikal.ru/i705/1407/8d/390c3431e48e.jpg