facebook qiz a

Boston universitetinin alimləri bu qənaətə gəliblər. Sosial şəbəkələr və ər-arvad münasibətləri arasında birbaşa asılılıq var. Sosial şəbəkə istifadəçiləri boşanma haqqında daha tez-tez düşünürlər.

Facebook-a aludəçilik ailədə gərginlikdən və gözlənilən boşanmadan xəbər verir.

Bostonlu alimlər professor Ceyms Katçevin rəhbərliyi altında 43 Amerika ştatında boşanmaların səviyyəsini analiz ediblər və səbəbləri müqayisə ediblər. Aydın olub ki, boşanmalara əsas səbəb Facebook-dan istifadədir. İkinci dərəcəli səbəblər isə işsizlik, dərinin rəngi, yaş həddi və sairədir.

Texas universitetinin alimləri 18-39 yaş arasında 1160 ailə arasında sorğu keçiriblər. Sual belə olub; ailə həyatınızdan razısınızmı? Cavablardan məlum olub ki, sosial şəbəkələrdən istifadə etməyənlər, aktiv istifadəçilərə nisbətən 11,4% çox razılıq bildirib. Bununla belə, hər 3 aktiv istifadəçidən 1-i (32%) boşanma haqqında düşünür. Bu sosial şəbəkələrdən istifadə etməyənlərdən 2 dəfə çoxdur.

anspress