polis

Polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.

Bakının mərkəzində yol polisləri ilə vətəndaş arasında insident baş verib.

Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında Nizami metrosunun yaxınlığında Şıxəli Qurbanov küçəsində baş verib.

Məlumata əsasən, üç yol polisi maşını əməkdaşları qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Qısa bir zamanda ətraflı məlumat verəcəyik.