Bu gün gündüz saatlarında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərlərinin düşmən üzərinə hücumu olub.
Virtualaz.org saytı bu barədə erməni nəşrlərinə istinadən bildirir. Xəbəri “Novosti Armenii” agentliyi yayıb.
“İyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azzərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib” – deyə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan erməni mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, son həftələr ərzində erməni ordusu Azərbaycanın yaşayaış məntəqələrini və dinc sakinləri, o cümlədən Naxçıvanı intensiv şəkildə atəşə tutur.
Həmçinin erməni nəşrlərinin yaydığı məlumata görə, erməni hərbçiləri Ermənistan-Naxçıvan sərhədindəki neytral dağlıq zonada bəzi yüksəkilikləri ələ keçirib.
Virtualaz.org