Əsrin ən yaddaqalan toylarından biri şübhəsiz ki, şahzadə Uilyam və Keyt Middltonundur. Kembric hersoqinyasının Sara Berton tərəfindən dizayn edilmiş “Alexander McQueen” gəlinliyi də tarixə düşmək üzrədir. Hersoqinyanın gəlinliyi wrappler.com saytının sorğusuna əsasən, “dünyanın ən yaxşı gəlinliyi” seçilib.
Sosial mediada aparılmış sorğuda Middltonun gəlinliyi 27 faiz səs toplayaraq birinci olub. Siyahıda Kembric hersoqinyası ilə yanaşı ingilis dəbinin digər sevimli simaları da var. Stil ikonası Viktoriya Bekhemin 1999-cu ildə “Vera Wang” imzalı gəlinliyi üçüncü yerə layiq görülüb.
Dördüncü isə Keyt Mossun Con Qalyano tərəfindən hazırlanan vintaj stilli gəlinliyi olub. Moss səsvermədə 12 faiz səs toplayıb.
Beşliyi futbolçu Ueyn Runiyə “hə” deyən teleaparıcı, jurnalist Kolin Runinin “Marchesa” markalı gəlinliyi tamamlayıb.
Siyahının altıncısı futbolçu Piter Krauçla evlənən aktrisa Ebbi Klensinin “Giles Deacon” gəlinliyidir.
“Böyük şəhərdə seks” filminin qəhrəmanı Kerri Bredşounun “Vivienne Westwood” gəlinliyi yeddinci, aktrisa Kira Naytlinin sadə və qısa “Chanel” gəlinliyi isə səkkinci olub.
Siyahının son iki qonağı isə “Vera Wang” imzalı paltarı ilə müğənni Roşel Humes və “Temperley London” geyimində evlənən Kelli Klarksondur.
buro247.az
Mən