Bü gün Braziliyada futbol üzrə Dünya Çempionatında ilk 1/8 final görüşləri baş tutacaq.
ANS TV-nin məlumatına görə, Braziliya Çili bibərinin acısını bu gün saat 21-00 da dadacaq . Luis Felipe özü də dəfələrdə Çili millisindən çəkindiyini səsləndirib. Lakin mütəxəssislərin fikrincə, Bell Arizonti stadionunda baş tutacaq bu görüşün favoriti elə Braziliya yığmasıdır.
Beləki Çili yığması artıq 14 ildir ki, Braziliyaya qalib gələ bilmir və Çili bu günə qədər 3 dəfə play off-a yüksəlib, lakin Braziliyaya uduzaraq mübarizəni dayandırıb.
Gecənin digər qarşılaşmasında isə keçirdiyi 3 oyunun hamısında qələbə qazanan Kolumbiya Luis Suarezsiz Uruqvayla üz-üzə gələcək. Amma bu medalın əks tərəfi də var.
Kolumbiya Mundialda nəhəng komanda ilə qarşılaşmayıb. Uruqvay miilisinin baş məşqçisi Oskar Tabarez isə Suarezsiz də komandasına güvənir.
Əfsanəvi Marakana stadionunda baş tutacaq bu görüşün start fiti isə gecə saat 01:00-da səslənəcək.