Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan xüsusi təyyarə ilə İstanbula yola düşüb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, baş naziri hava limanında qarşılayanlar arasında müğənni Mustafa Sandalın olması diqqət çəkib.
Qeyd edək ki, “Atatürk” hava limanının VIP salonunda Ərdoğanı həmçinin idman naziri Akif Çağatay Kılıç, millət vəkili Egemen Bağış, İstanbul valisi Hüseyn Avni Mutlu, təhlükəsizlik müdiri Səlami Altınok və digər əlaqədar şəxslər də qarşılayıb.
Baş nazir müğənni ilə bir müddət söhbət edib və daha sonra hava limanından ayrılıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.