Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.
AzNews.az-ın məlumatına görə, fətvada bildirilib ki, Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir, çünki müqəddəs Qurani-kərim bu ayda nazil olub: “Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il – hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Fətvada bildirilir ki, Ramazan bayramı isə iki gün – 28 və 29 iyul tarixlərində keçiriləcək. Ramazan bayramı namazı isə iyul ayının 28 və ya 29-da qılınacaq. Uca Allahdan hər kəsin oruclarının, ibadətlərinin, dualarının qəbul olunmasını diləyirəm”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.