narkotik

Təkcə heroinin çəkisi 31 kiloqramdan çox olub.

İyunun 20-də Beynəlxalq Narkotiklərlə Mübarizə Günü ərəfəsində Bünyad Sərdarov adına maşınqayırma zavodunun inzibati ərazisində 161 məhkəmə hökmü ilə müsadirə olunmuş 625 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 31 kiloqram 182,85 qramı heroin, 176 kiloqram 253,6 qramı marixuana, 209 kiloqram 728,758 qramı həşiş, 55 kiloqram 236,334 qramı tiryək, 19 kiloqram 964,941 qramı metamfetamin, 119 kiloqram 600,93 qramı və 3079 ədədi çətənə bitkiləri, 13 kiloqram 550,4 qramı xaş-xaş, 0,685 qramı metadon olub. Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 7 milyon ABŞ dollar təşkil edir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhv edilmiş müxtəlif növ narkotik vasitələrin 424 kiloqramı 425,661 qramı Daxili İşlər Nazirliyi, 32 kiloqram 517,566 qramı Milli Təhlükəsizlik Nazirliyi, 90 kiloqram 933,859 qramı Dövlət Gömrük Komitəsi və 77 kiloqram 642,41 qramı Dövlət Sərhəd Xidməti tərəfindən aşkar olunub.
Oxu.az

Загрузка...