Şəkidə pendir istehsal edən sex gigiyenik qaydalara riayət etmədiyi və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlandığı üçün fəaliyyəti dayandırılıb. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən rayonun Qoxmux kəndi ərazisində yerləşən, fiziki şəxs Vüsal Məməş oğlu Məmmədova məxsus pendir istehsal edən sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Aparılmış yoxlama zamanı pendir sexində gigiyenik qaydalara riayət olunmaması və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlanıb. Yoxlama zamanı sexdə aşkar olunmuş bu və digər nöqsanlarla bağlı iradnamə Vüsal Məmmədova təqdim olunub, sexin fəaliyyəti dayandırılıb. Müfəttişlər tərəfindən yoxlamanın nəticələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.