Hansı qanuna istinad edildiyi məlum deyil.
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.
Universitetdə oğlanlara “səndəl”, “şәpit” vә ya “şortik” geyinmәyә icazә verilmir.
Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə, sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.
Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə “səndəl”də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.
Qaynar.info