Əvvəl ətrafa baxır, sonra adaptırı çıxarıb telefonu götürür.
Görüntülər Bakıda Yasamal rayonu İzmir küçəsində bir iş yerində təhlükəsizlik kamerası ilə çəkilib.
Günorta vaxtı Orxan Məmmədov adlı şəxsin ofisindən mobil telefonu oğurlanıb. Polislər həmin görüntülər əsasında çox çəkməyib ki, şübhəli 32 yaşlı Sumqayıt sakini Rasim Misirovu saxlayıb.
Bölməyə gətirildikdən sonra Rasim Misirovun başqa cinayətləri də ortaya çıxıb. Məlum olub ki, o, paytaxtda bir neçə avtobusda da cibgirlik də edib. Polis, Rasim Misirovdan oğurladığı bir neçə telefonu aşkar edərək götürüb.
Rasim Misirov avtoxuliqanlığı ilə məşhur olduğundan Sumqayıtda ona yazılan şeiri də oxuyub.
Fakta görə Rasim Misirov barəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.