Bəyin beli sındı.
Azərbaycanda toy gecəsi bəyin dostlarının zarafatı faciə ilə nəticələnib.
Hadisə iki il əvvəl Masallıda baş verib.
Bəyin valideynləri ATV-də yayımlanan “Öz aramızda” verilişinə gələrək dəhşətli hadisə ilə bağlı açıqlama veriblər.
Belə ki, 2012-ci il oktyabrın 6-da Yaqubun toyu olub. Dostları toyun sonuna yaxın onu bir neçə dəfə yuxarı atıb-tutublar. Sonuncu dəfə isə Yaqubu tutmadıqları üçün başı betona dəyib və bu zaman bel fəqərəsi sınıb. Artıq gənc oğlan iki ildir ki, yataq xəstəsidir.
Qeyd edək ki, ailə xalq artisti Canəli Əkbərovun qohumudur.