İnfeksiyalardan ölüm hallarının 63%-i tütünün istifadəsi ilə əlaqəlidir.
“Tütünə YOX!” günü 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilib və 31 may tarixində qeyd edilir.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, ÜST-nin məlumatına görə qlobal tütün epidemiyası hər il 6 milyon insanın ölümünə səbəb olur.
Bu zərər yalnız siqaret çəkənlərə deyil, tütünün tüstüsünü qəbul edənlərə də dəyir. Belə ki, yuxarıda qeyd edilən 6 milyon nəfərin 600 min nəfəri siqaret çəkməsələr də tütün tüstüsünün təsirindən aldıqları zərərdən vəfat edirlər.
İnfeksiyalardan ölüm hallarının 63%-i tütünün istifadəsi ilə əlaqəlidir.