ABŞ prezidenti Barak Obama keçmiş dövlət katibi Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərinə layiqli namizəd sayır.
ANS PRESS-in məlumatına görə, Obamanın fikrincə, Hillari Klintonun seçkilərdə iştirak edəcəyi təqdirdə prezident olmaq şansı yuksəkdir.
Obamanın sözlərinə görə, ABŞ-ın dövlət katibi postunda çalışdığı zaman xanım Klinton maksimal məhsuldarlığı və sədaqəti ilə seçilib. ABŞ prezidenti həmçinin qeyd edib ki, onlar Klintonla çoxdankı dostlar idi və o, çoxdan ona heyran olub.
ABŞ-da çoxdan müzakirə edilir ki, 2016-cı ildə prezident postuna iddiaçılardan biri Hillari Klinton ola bilər. Hillari özü dəfələrlə bildirib ki, o, öz namizədliyinin irəli sürməsi haqqında qəti qərar qəbul etməyib.