Avstraliyada senator parlamentdəki təhlükəsizliyin yaxşı təmin olunmadığına diqqət çəkmək üçün maraqlı bir addım atıb.
“Qafqazinfo” Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, senator binanın mühafizə xidmətindən yayınaraq özü ilə parlamentə dinamit keçirib. Çıxışı əsnasında masanın altından saxta dinamiti çıxaran senator bildirib ki, indiyə qədər hər kəs parlamentdə təhlükəsizliyinin təmin olunduğunu düşünürdü, lakin göründüyü kimi bu belə deyil.