zoraki kisiler

Böyük Britaniyanın paytaxtı Londonda ailə zorakılığına dair maraqlı bir təcrübə keçirilib.

Aktyorların iştirak etdiyi filmdə əvvəlcə kişi öz “sevgilisinə” paytaxt küçələrinin birində hücum edir. Qadının döyüldüyünü görən sakinlər zərif cins nümayəndəsinə köməyə gəlir, hətta əraziyə polis də çağırılır. Sonradan isə qadın kişiyə hücum çəkərək onu döyməyə başlayır. Maraqlısı budur ki, kişinin döyüldüyünü görən sakinlər kömək əvəzinə gülməyə başlayır.

Videonun çəkilməsində məqsəd cinslərin təcavüzə məruz qalması və insanların buna  necə münasibət bildirməsidir.Qeyd edək ki, 2012-2013-ci illərin statistik hesablamalarına görə subay kişilərdən çox evli kişilər fiziki zorakılığa məruz qalır.