“Azərbaycan gözəli” adı uğrunda 12 xanım mübarizə aparıb
“Miss Globe International” Beynəlxalq Gözəllik Müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli bəlli oldu.
“Azərbaycan gözəli” adı uğrunda 12 xanım mübarizə aparıb. Gecənin sonunda, münsiflər heyətinin qərarı ilə Şücai Banu “Miss Globe Azərbaycan“ adına layiq görülüb. Münsiflər seçim edərkən iştirakçıların zahiri görünüşləri ilə yanaşı intellektual və mədəni səviyyələrinə də önəm veriblər.
Müsabiqə iştirakçılar milli geyim, gəlinlik, gecə libası və idman geyimi olmaqla 4 üslubda əlbisə nümayiş etdirib.
Birinci yerin qalibi iyunun 21-də Bakının simvoluna çevrilmiş möhtəşəm Chrystall Hall-da keçiriləcək “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazanıb.
Qeyd edək ki, “Miss Globe Azərbaycan” müsabiqəsində 2-ci yeri Cəmilə Abdul Lətif qızı, 3-cü yeri isə Nuridə Abdullayeva tutub. Həmçinin Günay Balaxanova “Miss Sharm”, Oksana Rzayeva “X-Lady” və “Miss Cosmopolitan Azerbaijan”, üçüncü yerin sahibi Nuridə Abdullayeva “Miss Elegance of Azərbaycan”, “Miss Xəzər İsland” nominasiyaları üzrə də mükafata layiq görülüb.
“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsi “MERAC PRODUCTİON”-ın rəhbərliyi altında “Signs Art Adventure” şirkətinin təşkilatçılığı ilə baş tutub. Layihənin Baş Sponsoru dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” layihəsidir. “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsində Azərbaycanı təmsil edəcək gözəli 9 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib:
Rasim Aydın – “Miss Globe İnternational”ın sahibi
Ferhan Aral- Dünya şöhrətli xoreoqraf
Məmməd Əliyev – “MERAC” Holdinqin baş müşaviri
Nigar Məmmədova -“Signs art adventure” şirkətinin rəhbəri, “Miss Globe Azərbaycan” layihəsinin rəhbəri
Aygün Ağamalı – “Albireo” şirkətinin rəhbəri, Rusiya, Türkiyə, İtaliya və bir çox ölkələrdə mədəniyyət tədbirlərinin təşkilatçısı
Abdulridha Hasan Salman- “Xəzər Adalarının nümayəndəsi”
Xalidə Bayramova – “Ziyalı qadınlar klubu”nun prezidenti
Minarə Allahverdiyeva – tanınmış akrtisa, model
Ruhi Əliyeva – “Özünə bax” layihəsinin siması, qonaq münsif (axsam.az)
http://s020.radikal.ru/i708/1405/f1/03869c190f0c.jpg
http://s019.radikal.ru/i627/1405/38/a00ae8b47d7e.jpg
http://i056.radikal.ru/1405/bd/a2505c7bc571.jpg
http://i062.radikal.ru/1405/ca/e4a6301c8a4e.jpg
http://s020.radikal.ru/i718/1405/0f/c2339f5b668d.jpg
http://s57.radikal.ru/i156/1405/00/6423aa4f2f81.jpg