Əslən erməni olan amerikalı porno ulduz Kim Kardaşyan bu gün ailə həyatı quracaq.
ANS PRESS-in məlumatına görə, realiti şouların ulduzuna çevrilən qadın rep ifaçısı Kanye Uest ilə nikah bağlayacaq. Cütlük artıq bir neçə ildir ki, münasibətdədir, onların bir qız övladları da var. Kardaşyan – Kanye, cütlüyün yaxınları və dostları artıq iki gündür ki, Parisə yollanıblar. Toydan öncə cütlük yaxınları ilə birlikdə nahar yeməyinə çıxıblar. Porno ulduz nahara demək olar ki, yarı çılpaq yollanıb.
Kim və həyat yoldaşı paparazzilərin kameralarına görüntüləniblər. Cütlüyün toylarına gələcək qonaqlar barədə isə, hələ ki, dəqiq olaraq heç nə məlum deyil.
http://s006.radikal.ru/i213/1405/d6/6895c6531618.jpg
http://i031.radikal.ru/1405/09/103658c1eee0.jpg
http://s015.radikal.ru/i333/1405/75/a516bdc470f3.jpg
http://s57.radikal.ru/i158/1405/32/66eae57e5f7f.jpg