Son 35 ildə belə hadisə ilk dəfə olub.
İspaniyada üç matador zədə aldıqdan sonra İspaniyada korrida ləğv edilib.
Oxu.Az “El Pais” qəzetinə istinadən xəbər verir ki, Madriddə baş verən insident nəticəsində korridanın iştirakçılarından biri çox ciddi zədə alaraq təcili əməliyyata qaldırılıb. Həkimlər onun vəziyyətini ağır hesab edirlər. İki digər matador da xəstəxanaya yatırılıb.
Korridada xüsusi fermalarda yetişdirilən öküzlər iştirak edir. Döyüşlərdə hər öküz yalnız bir dəfə çıxış edir, ənənəyə uyğun olaraq döyüşün kuliminasiya nöqtəsi öküzün matadorun əlindən ölməsidir. Qəzetdə verilən məlumata görə, bu, son 35 ildə ilk hadisədir. Belə ki, üç matadorun heç biri bu döyüşü sona çatdıra bilməyib.
Korrida (corrida de toros) – öküzlərlə döyüşün ən çox yayılmış forması və on minlərlə tamaşaçı yığan ənənəvi ispan göstərisidir. Toreador arenada İberiya cinsindən olan “toro” öküzlə mübarizə apararaq xüsusi hərəkətlər edir, adətən göstəri öküzün öldürülməsi ilə nəticələnir.
Avropa birlikləri 1998-ci ildə korridanı mühakimə edərək ona mədəni tədbir statusu verməyə qadağa qoyub.