“MERS” virusunun yayılması barədə xəbərlər bu ölkədəki dəvə fermerlərini təşvişə salıb
Səudiyyə Ərəbistanında ölümcül “MERS” virusunun yayılması barədə xəbərlər bu ölkədəki dəvə fermerlərini təşvişə salıb.
ANS PRESS-in məlumatına görə, son günlər sosial şəbəkələrdə dəvələrin dodaqlarını öpən fermerlərin şəkilləri yayılıb.
Fermerlər bununla dəvələrdə, yuxarı tənəffüs yollarında öz təsirini göstərən “MERS” virusunun olmadıını göstərməyə çalışırlar.
Qeyd edək ki, ötən həftə S. Ərəbistanı rəsmiləri tədbirli olmaq baxımından çiy dəvə əti və ciyəri yeyilməməsini, pasterizə olunmamış dəvə südünün içilməməsini məsləhət görüb.
Fermerlərdən birinin, üzümə asqır – deyərək dəvə ilə çəkdirib “You-Tube”a yerləşdirdiyi video isə böyük maraqla qarşılanıb.
İndiyə qədər 171 nəfərin ölümünə səbəb olmuş “MERS” virusunun mənşəyi və müalicəsi tapılmayıb.