Cəsəd yoldan təsadüfən keçən piyadalar tərəfindən aşkar edilib.
Faciə Zelenodalskda baş verib (Tatarıstan). Orada meşə kənarında 33 yaşlı kişinin meyiti tapılıb. Polislər vəfat edənin taksi sürücüsü olduğunu müəyyən ediblər. Bir müddət sonra şəhərin digər tərəfində onun yanmış avtomobili tapılıb. Şübhəli bilinən şəxs müəyyən edilib, bu, əslən azərbaycanlı olan 20 yaşlı gəncdir.
Oxu.Az kzn.tv-yə istinadən xəbər verir.
Baş verənlər barədə saxlanılan şəxs sərbəst danışa bilməyib. Buna baxmayaraq polislər hadisənin detallarını müəyyənləşdirə biliblər. Onların versiyasına görə 20 yaşlı azərbaycanlı və taksi sürücüsü eyni anda evli bir qadınla görüşüblər. Onlar son ana qədər bir-birindən xəbərsiz olublar.
Maksim Kostromin:
“Qətldən bir müddət əvvəl o, sevgilisinin yad kişinin maşınına oturmasını görür. O, maşını təqib etməyə başlayır, “Reno Logan” meşə yaxınlığında dayananda o vəziyyətə aydınlıq gətirməyə çalışır.
Söhbət tezliklə davaya dönür, şübhəli bilinən şəxs sürücüyə bir neçə bıçaq zərbəsi endirir. Taksi sürücüsü yıxıldıqda isə o, soyuqqanlıqla kişini öldürür”.
İstintaq versiyasına görə, o, öldürdüyü şəxsin pullarını və mobil telefonunu da oğurlayıb. O, sevgilisi ilə ölən adamın maşınını Volqanın kənarına aparıb və orada yandırıblar. Cəsədi isə meşəyə atıblar. Qeyd edək ki, cinayətin üstünü açmağa və şübhəli şəxsin müəyyənləşdirilməsinə polislərə cəmi iki saat vaxt lazım olub.
O, cinayəti törətdiyini etiraf edib.
Saxlanılan şəxsə qarşı “Qətl” maddəsi ilə cinayət işi açılıb. Onu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.