Bakıda 4 ay ərzində baş verən yol qəzaları nəticəsində 39 piyada ölüb.
Paytaxtda piyadaların vurulması ilə bağlı dəhşətli yol qəzalarının görüntüləri yayılıb.
Görüntüləri aparıcı Tural Yusifov sosial şəbəkələrdə yayıb.
Videoda piyadaların vurulması ilə bağlı dəhşətli yol qəzalarının əksəriyyətinin onların öz günahları ucbatından baş verməsi yer alıb: yolu nəzərdə tutulmamış yerlərdən keçən, təhlükəsizlik qaydalarını unudub həyatlarını riskə atan piyadalar.
Qeyd edək ki, bu ilin təkcə birinci rübü ərzində ölkə üzrə piyadaların vurulması ilə bağlı baş vermiş yol qəza hadisələri nəticəsində 86 nəfər ölüb, 152 nəfər isə xəsarət alıb. Paytaxt Bakıda isə bu ilin 4 ayı ərzində baş verən 169 yol qəzası nəticəsində 39 piyada ölüb.
Oxu.az