“KamAZ” markalı yük maşını qəfildən alışaraq yanıb.
Bakıda yük maşını yanıb.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Aeroport şosesində qeydə alınıb. “KamAZ” markalı yük maşını qəfildən alışaraq yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.
Yanğının başvermə səbəbləri araşdırılır.