İsmayıllıda 24 yaşlı gənc intihar edərək həyatına qəsd edib.
Anspress xəbər verir ki, ötən gün İsmayıllı rayonunda intihar hadisəsi baş verib. İntihar edən şəxs isə rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov olub. 24 yaşlı gənc intihar hadisəsini yaşadıqları evin həyətində özünü asaraq həyata keçirib.
T.Adıgözəlovun hansı səbəbdən intihar etməsi hələ ki, dəqiq bilinməsə də onun sosial şəbəkədəki son statusu həyatından narazı olduğunu, buna görə özünə qəsd etdiyini göstərir.
“Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər”, – deyə intihar edən gənc ölümündən təxmini yarım saat əvvəl sosial şəbəkədə yazıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.