Bu gün Kiprdə (Nikosiya) AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilmişdir. İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” Qətnamə layihəsi əsasında məruzəçi təyin edilmişdir. Millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata əsasən Bosniya Hersoqovinadan olan deputat Milisa Markoviç bu məsələ üzrə məruzəçi seçilmişdir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.