Rusiyanın Şaxtı şəhərində ştanq qaldırma üzrə təşkil edilən yarışların birində faciə baş verib.
ANS PRESS-in məlumatına görə, Rusiyanın cənubunda yerləşən Şaxti şəhərində təşkil edilən ağır çəki üzrə ştanq qaldırma çempionatında atletlərdən biri 180 kq ağırlığı olan ştanqı ram edə bilməyib və əlindən birbaşa sinəsinə düşüb.
Bu, 35 yaşlı atlet İqor Qaluşkin olub. Hadisə baş verdikdən sonra atletə kömək göstərilərək, ayağa qaldırılıb və su içiriblər.
Çoxlarının sadəcə adi bir qəza olaraq qəbul etdiyi bu hadisə onun ölümünə səbəb olub. Belə ki, atleti yarışdan sonra xəstəxanaya aparıblar. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 35 yaşlı atletin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər qəza zamanı atletin çox sayda qabırğasının və diafraqma əzlələrinin sındığını bildiriblər.
Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin region üzrə prokurorları istintaq işi başladıb. Səlahiyyətlilər isə turnir təşkilatçılarının günahkar olduğunu iddia edir.
http://www.youtube.com/watch?v=n23vvKTPWxg