Dilarə Kazımova 8-ci nömrə altında çıxış edəcək.
Bu gün Danimarkanın Kopenhagen şəhərində “Eurovision-2014” mahnı yarışmasına start verilir.
Rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutacaq. Müsabiqədə 37 ölkədən ifaçılar iştirak edir. Mahnı müsabiqəsi “Join us” – “Bizə qoşulun” devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.
Azərbaycanın builki “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova “Start a fire” mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək.
Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, “Eurovision” Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə illik televiziya müsabiqəsidir.
Müsabiqədə Avropa Yayım İttifaqına üzv ölkələrdən bir nümayəndə iştirak edir. Hər ölkədən 3 dəqiqədən çox olmayan mahnı ifa edən yalnız bir nümayəndə (solist və ya qrup) iştirak edir. Çıxışdan sonra yarımfinalda və ya finalda ən sevilən mahnı telesəsvermə yolu ilə müəyyən edilir.
Müsabiqə ilk dəfə 1956-cı ildən başlayaraq hər il keçirilir. “Eurovision” həmçinin Avropadan kənar da yayımlanır. Avstraliya, Kanada, Qazaxıstan, Misir, Honkonq, Hindistan, İordaniya, Livan, Yeni Zelandiya, CAR, Cənubi Koreya, Vyetnam və ABŞ kimi ölkələr müsabiqədə iştirak etməsələr də, müsabiqə bu ölkələrdə də yayımlanır.
Azərbaycan “Eurovision” mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş 53-cü müsabiqədə iştirak edib. Həmin müsabiqədə 132 xal toplamış Azərbaycan 43 ölkə arasında 8-ci yeri tutub. 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş 54-cü müsabiqədə Azərbaycan 207 xal toplayaraq 42 ölkə arasında 3-cü yeri tutub. 2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş 55-ci müsabiqədə Azərbaycan 145 xal toplayaraq 39 ölkə arasında 5-ci yeri tutub.
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi olub.
http://s019.radikal.ru/i626/1405/33/d8cfc7bf78a5.jpg
http://s017.radikal.ru/i438/1405/62/56782a9c3627.jpg
http://s018.radikal.ru/i518/1405/a8/9bc18c0a02a9.jpg
http://s020.radikal.ru/i707/1405/72/fac66ebf20bf.jpg
http://s020.radikal.ru/i715/1405/c8/542658d29b57.jpg
http://i024.radikal.ru/1405/9e/32eb33985ecb.jpg
http://s019.radikal.ru/i639/1405/a9/e286f04f00d5.jpg
http://s57.radikal.ru/i157/1405/b6/499638c76082.jpg
http://s019.radikal.ru/i643/1405/16/eb12a433fe8d.jpg
http://s003.radikal.ru/i201/1405/5e/74dc99896d9b.jpg